​Cenk Tosunun "Everton"la müqaviləsi təxirə salındı

Baxış sayı:
3772

Türkiyə milli komandası və "Beşiktaş" klubunun futbolçusu Cenk Tosunun İngiltərə "Everton"u ilə müqavilə imzalama mərasimi təxirə salınıb.
"NTV Spor" xəbər verir ki, buna 27 yaşlı hücumçunun tibbi müayinəsinin uzanması səbəb olub.
Texniki məsələlərin həllini tapmaması üzündən Tosun "Liverpul"la İngiltərə Kuboku matçında iştirak etməyəcək. Onun "Everton"da debütü yanvarın 13-də "Uembli" stadionunda "Tottenhem"lə səfər matçına təsadüf edə bilər.
Cenk Tosunun yeni klubundakı əməkhaqqısı həftədə 125 min funt sterlinq olacaq. O, "Everton"la 4,5 illik müqavilə bağlayacaq.