Çempionlar Liqasının növbəti oyunlarına hakim təyinatları

Baxış sayı:
1921

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin Lyon - Barcelona və Liverpool - Bayern Münich oyunları üçün təyinatları açıqlayıb.
Muxalifet.az bildirir ki, goal.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, franzıslarla ispanların duelini Cüneyt Çakır idarə edəcək. Türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Engün köməklik edəcəklər. 4-cü hakim funksiyasını Halis Özkahya yerinə yetirəcək. VAR (videotəkrar) hakimləri isə Hollandiyadan Danni Makkeli və Kamfus Yohem olacaqlar.
Liverpool - Bayern Münich görüşü isə italiyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Canluka Rokki, laysmanlar Filippo Meli və Matteo Passeri, 4-cü referi isə Paolo Valeri olacaq. VAR sisteminə isə Massimiliano İrrati və Marko Qvida nəzarət edəcək.
Qeyd edək ki, hər iki qarşılaşma fevralın 19-dan 20-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.