​Çempionlar Liqası tarixində BİR İLK yaşanacaq

Baxış sayı:
4471

Bu il Çempionlar Liqasının tarixində bir ilk qeydə alınacaq.
Muxalifət.az xəbər verir ki, almaniyalı qadın hakim Bibiana Steynhaus liqada iki mövsüm ərzində matç idarə edəcək.
Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA ilk matçlarına Bundesliqada çıxan və ilk qadın hakim olan Bibianaya təklif göndərib.
O, Bundesliqada iki mövsümünü başa vurduqdan sonra Çempionlar Liqasında baş hakim kimi fit çalacaq.