​“Çelsi”nin futbolçusu “Galendewagen”lə qəzaya düşdü - FOTO

“Çelsi” klubunun fransalı yarımmüdafiəçisi Temue Bakayoko bu gün idarə etdiyi avtomobillə qəzaya düşüb.
Muxalifet.az xəbər verir ki,23 yaşlı futbolçu məşqdən sonra evə gedərkən “Galendewagen” markalı avtomobilinin idarəetməsini itirib.
Yolda çıxan avtomobil ağaca çırpılıb. Bakayokonun ciddi xəsarət almadığı bildirilir.
Qeyd edək ki, gənc futbolçu 40 milyon avroya “Monako”dan transfer edilib.