Çavuşoğlundan Trampa SƏRT CAVAB - "Biz heç bir təhdidə boyun əyməyəcəyimizi söylədik”

Baxış sayı:
7045

Türkiyənin xarici işlər naziri Mevlüd Çavuşoğlu təşkil etdiyi mətbuat konfransında Trampın Türkiyəyə təhdidinə cavab verərək, "Strateji tərəfdaşlar Twitter sosial media üzərindən danışmaz. Bunun üçün əlaqə kanallarımız açıqdır" deyib.
 
Çavuşoğlu: “Tramp 2 dəfə prezidentimizə zəng vurdu. İki gün əvvəl Pompeo ilə danışdım. Boltonun səfəri ortadadır. Bizə verilmiş sənədə qarşılıq ABŞ-a cavab göndəririk.
 
TRAMPA ÇOX CİDDİ TƏZYİQ EDİLİR
 
Suriyanı bölmək istəyən bir terror təşkilatı var. Bizim hədəfimiz terror təşkilatıdır. Biz kürdlərin düşməni deyilik. Tarixdə onları ən çox qoruyan biz olmuşuq və buna da davam edəcəyik. Avropa, ABŞ bu həqiqəti bizdən daha yaxşı bilir. Biz Trampun vəziyyətini yaxşı başa düşürük, ona çox ciddi təzyiq var. Sonuncu tweet-in də daxili siyasət olduğunu bilirik, amma strateji tərəfdaşlar sosial media vasitəsilə danışmırlar. Biz heç bir təhdidə boyun əyməyəcəyimizi söylədik”.

Müxalifət.az