​Cavad Zərif Azərbaycana səfər edəcək

Baxış sayı:
2416

İran İslam Respublikasının XİN rəhbəri Cavad Zərifin Azərbaycana rəsmi səfəri gözlənilir.
Muxalifet.az xəbər verir ki, iranlı diplomat Türkiyə, Azərbaycan və Naxçıvana səfər edəcək.
Məhəmməd Cavad Zərif Suriya məsələsi ilə bağlı yeniliklər, Astana prosesi ilə bağlı keçiriləcək iclasda iştrak etmək üçün prezident Həsən Ruhani ilə birlikdə Türkiyəyə uçacaq.
İranın XİN rəhbərinin Azərbaycan səfəri cümə axşamı və cümə gününə təsadüf edəcək. Zərif Azərbaycanda keçiriləcək Qoşulma Hərəkatının iclasında iştirak edəcək. Cümə günü isə günortadan sonra Naxçıvanda rəsmi görüşlər nəzərdə tutulub.