Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır - SƏBƏB...

Baxış sayı:
7953

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır. Muxalifet/az report-a istinadən xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq. Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər. Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.