Bu gün Gürcüstanın yeni prezidenti and içəcək
16-12-2018 10:15
Baxış sayı:
1624
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bazar günü vəzifəsinin icrasına başlayacaq.
Muxalıfet.az azərtac-a istinadən bildirir ki, yeni dövlət başçısının inauqurasiyası Telavi şəhərində olacaq. Mərasim dekabrın 16-da yerli vaxtla saat 15:00-da başlayacaq və təxminən 40 dəqiqə davam edəcək.
Telavi şəhəri Tbilisidən 105 kilometr məsafədə yerləşir. İnauqurasiya mərasimi buradakı qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçiriləcək. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.
Mərasimdə 1800 yerli və xarici qonağın, həmçinin ölkə silahlı qüvvələrinin 200 hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hakim "Gürcü arzusu" partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 səs toplayaraq seçkilərdə qalib gəlib.