Böyük Atatürkün də sonadək bacarmadığı... – CƏHALƏT

Baxış sayı:
12112

Hər cür pislik kimi din cəhaləti də bizim üçün sağlam olmayan ortamda (şəraitdə) oluşa bilir Bəli, tariximizdə çox acı görülən odur ki, çökmüş Osmanlı Dövlətinin yerində, Mustafa Kamalın başarısıyla, Türk millətinin özgürlüyünün qazanılmasında uğurla hüquqi baza rolunu oynamış Türkiyə Böyük Millət Məclisi, 1930-cu ildə İsmət İnönünün başqanlığında, Türkiyə Cümhuriyyətinin demokratik idarəçiliyə keçilməsi cəhdinin qarşısının alınmasında əsas və üzücü (məşum) bir rol oynamışdır ki, buna da səbəb onların əksərən geri düşüncəli olmaları olmuşdur... Bildiyiniz kimi, müsəlman Şərqinin düşüncəsi, əsarətində olduğu bədəvi ərəbin yarımvəhşi görüşləri əsasında formalaşmışdır. Beləliklə, “Tarih Dosyesi / Dünya Bületeninin 15 mart 2018-ci il tarixli” təqdimatından oxuyuruq: “1930 yılında Atatürkün istegi ilə Fethi Okyar tarafından kurulan Serbəst Cümhuriyyet Fırkasının hangi amacla kurulduğu noktasında partinin kurucuları, dönəmin tanıkları (şahidləri - M.Ə.) ve konuyu araştıran tarihçilerin farklı görüşleri mövcuttur. Bu görüşler bir kaç başlık altında şöyle toplanabilir: Demokratik rejime geçiş istegi, Atatürkün İsmet İnönü yüfrenləmək (yüyənləmək, məhdudlaşdırmaq - M.Ə.) istemesi, iktıdarın denetlenmek (göz qoymaq - M.Ə.) istenmesi, toplumdakı egilimlərin (meyllərin - M.Ə.) anlaşılması yani yapılan inkılapların yerleşib yerleşmədiginin tespiti”. Görünür, Atatürk və demokratiya tərəfdarları, artıq oturuşmuş Türkiyə Cümhuriyyətinin yönətilməsinin, təkpartiyalı, seçkin bir qrupun (CHP seçkinləri) diktatından, yeni, çağdaş, demokratik iş üsuluna, yəni toplumun daha geniş yaradıcılıq alanına keçilməsinin zəruriliyini çox aydınca anlayırdılar. Bu, qananların dövlətin daşıdığı Respublika adına uyğun dəyərlərlə yönətilməsinə keçilməsi, daim sürətlə yürüyən dünya inkişafından geri qalmamaq və yeni çağla ayaqlaşmaqla daha üstün yaşamaq cəhdi idi... Çünki yenilikçi kəsim görürdü ki, Osmanlı Dövlətinin yıxılmasının obyektiv səbəblərindən biri, həm də ən əsası, dövlət idarəçiliyinin geriçi monarxiya (oxu, diktatura) olması, öncül, gəlişən çağa, başqa sözlə, demokratiyaya uyğun olmaması idi. Demokratya - idarəçiliyə geniş xalq kütlələrini cəlb etməklə, gəlişmənin (inkişafın) içdən qaynaqlanmasını təmin edən, özü-özünü üstün kadrlar və dəyərlərlə daim təzələməklə zənginləşdirən xalq hakimiyyəti idarəçilik üsuludur. Atatürk və yenilik tərəfdarlarının bu baxımdan, Türkiyə Cümhuriyyətinin gələcəkdə Osmanlının acı taleyini təkrar yaşamamasından ötrü çabaları çox doğal (təbii) və anlaşılan idi... Daha sonra, ”Tarih Dosyesi...”indən oxuyuruq: “...Serbest Fırkanın kurucularından ve tüm gelişmelere, yaşananlara şahit olmuş olan Ahmet Ağaoğlunun degerlendirmeleri önemli bir kaynak niteligindedir. Ahmet Ağaoğlu Serbest Fırka Hatıraları adlı eserinde Serbest Fırkanın kurluşunu, Atatürkün ve İnönünün parti karşısındakı tutumunu ve partinin kapanış sürecinde taylı bir şekilde anlatmaqdadır.... Ağaoğlu iktıdarda bulunan İsmet İnönü ve ekibinin Serbest Fırkanın varlığından rahatsız olduğunu, özellikle Fethi beyin İzmir seyahatından sonra Serbest Fırkayı yok etmekçin amansız bir mücadileye girdigini dile getirmekdedir. Bu mücadilede artık hiç bir kural (qayda - M.Ə.) yoktur. Kurtuluş savaşı sürecinde yaşananlarda yıllar sonra gündeme gelmeye başlamıştır... CHP millet vekillerinden biri kürsüye gelerek : “İşte Efendiler, size iki şahs! Mudanya Mütarekanamesini (sazişini - M.Ə.) yapan və Mondros Mütarekanamesini yapan! Hangisini tercih (üstün -M.Ə.) ediyorsunuz? Diye rekeliile Fethi beyi ve Ismet Paşayı gösterdi” (Mondros mütarekasini Fethi Okyar Yapmışdı). Bu müqayisə olduqca yersiz və məntiqsiz olsa da, lakin qaraqışqırıq salmaq üçün işə yarayırdı deyə, məsələ İ.İnönü tərəfindən məclisdə qiymətləndirməyə elə bu müstəvidə sunuldu (təqdim olundu). Əslində, bir prinsip, yaşam tərzi olaraq demokratya hara, hər hansı bir şəxs və onun keçmişdəki şərtlərin diqtəsilə keçdiyi yol, etdikləri hara, bunlar tamam başqa şeylər idi... Halbuki, Fəthi bəy sadəcə bir məmur kimi tabeçiliyində olduğu o zamanın iqtidarı Osmanlı Dövlətinin tapşırığını icra etmişdir... Bu əmələ görə hüquqi məsuliyyəti də bu barədə qərar vermiş və sonda özünün savaşdığı, türk düşməni və öz “düşməni” ingilisin hərb gəmisi ilə ölkəni tərk etmiş Osmanlı Dövlətinin Sultanı Vahdətdinin və onun hökumətinin boynundadır, Fəthi bəyin buradakı rolu formal icraçılıqdır... Burada Osmanlı İmperatorluğunun çökməsində faktiki rol oynayan Mondros Sazişində iştirak etmiş Fəthi Okyarın o vaxtkı işçi qrupunda formal rolu ilə, demokratiyaya münasibət tam yersiz olaraq eyniləşdirilirdi. Ki, əgər Fəthi bəy türk millətinin işğalını rəsmiləşdirən sazişdə iştirak edibsə, o (içdən bunu istəyib, istəməsindən asılı olmayaraq, əslində Osmanlı Dövləti, məğlub tərəf kimi bu sazişi bağlamağa zorlanmışdı), demək, millətin taleyində mənfi rol oynamışdır, elə buna görə də onun adıyla bağlı olan Sərbəst Fırka və demokratik idarəçilik də pis olmalıdır... ...Nəinki TBMM-ni təmsil edən İsmət Paşanın imzaladığı, Qurtuluş Savaşının əsgəri dövrünün sona ərməsi (çatması) və siyasi dövrünün başlanmasını, habelə Osmanlı Dövlətinin hüquqi cəhətdən sona çatmasını rəsmiləşdirən Mudanya Atəşkəsi... əlbəttə, ikinci müsbət roldadır... Türk millətinin bu cür taleyüklü məsələsinin, İsmət İnönü tərəfindən tamamilə yanlış müstəvidə səsverməyə çıxarılması və bu firqənin, ölkədə qarışıqlıq yaratmaqla Cümhuriyyəti dağıdacağına Mustafa Kamalı inandırması (əslində, öz gələcək karyerası xətrinə aldatması) Sərbəst Fırka Partiyasının sonunu gətirmiş oldu... Sozsüz, burada Mustafa Kamalıın öz əvvəlki fikrində durmaması, silahdaşı İ.İnönünü incitmək istəməməsi və qətiyyətsizliyi də rol oynamışdır. Amma gərək o, bunları etməyəydi, çünki söhbət Türkiyənin gələcəyinin necə - bir qrup seçkinin (partnamenqlaturanın) diktaturası, yoxsa demokratya, xalq hakimiyyəti yoluyla davam etməsi məsələsi idi. “Tarih Dosyesi...” hər şeyə aydınlıq gətirir: “Partinin kapatılış dilekçesinin (ərizəsinin - M.Ə.) yazılması sürecinde yaşananlar ise Ağaoğlunu hayal kırıklığına uğratmış ve partinin kuruluşunu bir aldatma olarak yorumlamasına sebep olmuşdu. Partinin kapanış dilekçesinde Fethi Okyar, “Bu şartlar dahilinde memlekette ikinci bir fırkanın teşekkülü muhaldır” (mümkün degildir)... demişti. Ancak buna ilk itiraz İsmet İnönüden gelmişti: “Cümhuriyyete fırka teşekkülü muhaldır demek, Cümhuriyyetin olmadığını ilan etmekdir (əslində,o, haqlıdır, ancaq burada olayı, Fəthi bəyi, Cümhuriyyətə qarşı qoymaqla söz oynadır - M.Ə.) Buna razı olamayız”. “Ah! Şarkın bu riyakarlığı! Kelimenin altına saklanarak vehmi mevcut, hayali gerçek gibi göstermekten çekinmemek! Bu zavallı ülkenin bütün felaketlerinin kaynağı bu korkunc ruh hastalığıdır”. Partinin kapatılış dilekçesinin yazıldığı gün yaşanan bu gelişmeler Ağaoğlunun rejime ve ülkenin gelecegine olan güvenini yok etmişti. Serbest Fırkanın kendilerine kurdurulmasının halkı aldatmaktan başka bir amacının olmadığına inanmaya başlamıştı. Ağaoğluna göre, partinin kurdurulmasının sebebi halkın birkimiş (yığılıb qalmış - M.Ə.) olan tepkisini gidermek (aradan qaldırmaq - M.Ə.), bir nebze (anlığa - M.Ə.) olsun halkı rahatlamaktı, ülkeye demokrasiyi hakimkılmak kibi bir amacı yoktu. Ağaoğlunun Serrbest Fırka sürecinde yaşadıkları, onu tekparti rejimine yönelik en sert eleştiri getiren kimselerden biri haline getirdi. Ağaoğlu tekparti rejimini ve dönemin yöneticilerini en ağır ifadelerle şöyle tasvir edyordu: Bizde cumhuriyyetten en uzak bir belirti bile yoktur. Bizdeki rejim tam manasile ve en şiddetli bir diktatörlüktür ve bunu hepsi bilyor. Fakat buna reğmen (baxmayaraq,M.Ə.) her kes hürriyyetten, cumhuriyyetten, bahsedyor, herkes serbest cumhuriyyet olduğunu söylüyor iddia edyor. Karşılıklı bir aldatmadırki, memleketin bir ucundan diger ucuna kadar devam edip gidyor! Fakat aynı zamanda da kimse aldanmyor, kimse inanmyor”. Əhməd Ağaoğlunun istəyi gələcəyi parlaq, demokratik bir respublika qurmaq idi... Mustafa Kamal və Əhməd Ağaoğlu Sayğılı dostum, tarixçi professor Nəsib Nəsibli mənə deyir: “Hardansa eşitmişəm, Sərbəst Cumhuriyyət Firqəsinin qapadılmasını deyəndə, “Axı, sən özün dedin ki, Serbest Firqəni quraq...”, - bildirir. “Mən dedim, indi də mən qapadın, deyirəm” deyəndə, “Biz səninçün uşaq deyilik ki, bizi aldadıb, oynadırsan?...” deyə, sənin soydaşın Əhməd Ağaoğlu Mustafa Kamala bozarmış və qapını çırpıb otağından çıxmışdır...” Bildiyimiz kimi, Mondros Atəşkəs Antlaşması 30.10.1918-ci ildə Osmanlının 1-ci Dünya Müharibəsində məğlubiyyətini təsdiqləməklə, onun varlığına faktiki son verir. Antlaşmanı Osmanlı Dövləti tərəfindən Dəniz Qüvvətləri Naziri Rauf (orbay) Bəy imzalamış, 7 maddədən ibarətdir. Antlaşmanı qarşı tərəfdən müttəfiqlərinin razılığı ilə İngiltərə imzalamışdır. Bu Antlaşma ilə Osmanlı Ordusu buraxılır (7mad.), güvənlikçin kiçik bir jandarma saxlanılır, 6 vilayətdə (Ərzrum, Van, Bitlis, Diyarbakır, Elazığ, Sivas) ixtişaş olacağı təqdirdə (5 mad.)... buralar, İttifaq dövlətləri tərəfindən işğal olunacaq və burada erməni dövləti qurulacaqdı... (Ardı var) Məmmədxan Əzizxanlı, 30.12.2018-ci il, Bakı.