BMT binası atəşə tutulub... - HUSİLƏR YƏMƏN ORDUSUNU İTTİHAM EDİR

Baxış sayı:
4456

"Ənsar Allah" hərəkatından olan Yəmən üsyançıları (husilər) ölkə ordusunu Hodeyda limanında yerləşən BMT binasının atəşə tutulmasına görə ittiham edib.

Bu barədə "əl-Masira" telekanalı xəbər verib.

Bildirilir ki, ordu Hodeyda şəhərinin cənubunda ər-Rabsa rayonunda yerləşən BMT binasını minaatan mərmiləri ilə atəşə tutub.

Qeyd edilir ki, həmin mərmilərdən üçü şəhərin şərqində yerləşən 90 küçəsinin yaxınlığına düşüb.(Trend)