"Beşiktaş"ın prezidenti müjdəni verdi: "Azərbaycan millisi ilə oyun keçirəcəyik və..."

Baxış sayı:
658

“Beşiktaş” klubunun prezidenti Fikrət Orman Bakıya gəlib.
Muxalifet.az  Publika.az-a  istinadən xəbər verir ki, prezident klubun Azərbaycandakı azarkeşləri ilə görüşüb.
Görüş “Bakı Beşiktaşlılar Dərnəyi” və “1903 Qara Qartallar Dərnəyi”nin təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında keçirilib.
Fikret Orman Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərdən məmnun qaldığını bildirib:
“Azərbaycanda çox gözəl iki ifadə var: Birlik olmayanda yerdə dirilik olmaz və dostsuz insan qanadsız quşa bənzəyər. Türkiyə və Azərbaycan da hər zaman bir qardaş, can olub. Burada olmaqdan məmnunam. Azərbaycanda yeganə rəsmi dərnək “Beşiktaş”a məxsusdur. Bu il Azərbaycanın müstəqil cümhuriyyət olmasından 100 il keçir. Bu təşəbbüslə, nəsib olarsa, Azərbaycanın milli komandası ilə gözəl bir yoldaşlıq matçı keçirəcəyik. Bu yaxınlarda “Beşiktaş”ın Bakıda rəsmi mağazası – “Qartal yuvası”nı açacağıq. Azarkeşlərimizə və bütün beşiktaşsevərlərə təşəkkür edirik”.