​"Beşiktaş" Cenk Tosundan qazandığı məbləği açıqladı

Baxış sayı:
4405

"Beşiktaş" Cenk Tosunun "Everton"a transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, İstanbul klubu futbolçunun transferindən qazandığı məbləği açıqlayıb.
Anlaşmaya əsasən "Everton" "Beşiktaş"a 22 milyon avro transfer haqqı ödəyəcək. Bundan başqa İngiltərə klubu 1 milyon 157 min 895 avro həmrəyliyə dəstək payı kimi ödəyəcək.
"Everton" Avropa Liqasına vəsiqə qazansa 500, Çempionlar Liqasına vəsiqə qazanacağı halda əlavə 750 min avro ödəməli olacaq. Cenk Tosun Premyer Liqada ən azı 25 oyunda ilk "11-lik"də yer alsa, "Beşiktaş" 500 min avro qazanacaq (2017/18 mövsümündə ən azı 10 oyun). Göstərilən bonusların məbləği 2 milyon avronu keçməyəcək.
Cenk Tosun müqaviləsi müddətində hər mövsüm Premyer Liqada 15 qol vursa, "Beşiktaş" 500 min, 25 qol vurarsa, 1 milyon avro qazanacaq.
Türk futbolçu gələcəkdə başqa bir kluba transfer olunsa, "Everton"un həmin vaxtadək "Beşiktaş"a ödədiyi məbləğdən artıq qalan vəsaitin 7,5 faizi türk klubuna ödəniləcək.