​“Bavariya”nın yeni baş məşqçisi məlum olub

Yup Haynkes “Bavariya”nın yeni baş məşqçisi təyin edilib. 
Muxalifet.az-ın məlumatına görə, 72 yaşlı mütəxəssislə 2018-ci ilin 30 iyununa qədər müqavilə bağlanıb.
Haynkes klubun yaxın zamanda yenidən uğurlu çıxış etməsi üçün əlindən gələni edəcəyini söz verib.
Bundan əvvəl Yup Haynkes “Bavariya”nın sükanı arxasında üç dəfə olub (1987–1991, 2009 и 2011–2013). Onun rəhbərliyi altında komanda üç dəfə ölkə çempionu və bir dəfə Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, sentyabrın 28-də 58 yaşlı italiyalı mütəxəssis Karlo Ançelotti Münhen komandasının baş məşqçisi vəzifəsindən azad edilib.