“Barselona” “Real”a qarşı — Kubokda “El-Klassiko”

Baxış sayı:
7018

İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona” ilə “Real Madrid” üz-üzə gələcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb. Azarkeşlər kubokun yarımfinalında daha bir “El-Klassiko” izləyə biləcəklər. İlk qarşılaşma Nou Kampda olacaq.
İkinci yarımfinal görüşündə isə “Valensiya” “Betis”in qonağı olacaq.
Qeyd edək ki, kubokda ilk qarşılaşmalar fevralın 6-ı, cavab matçları isə fevralın 27-i keçiriləcək.