​Bakıda təcili yardım avtomobilinin sürücüsü döyüldü

Bakıda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb.
Hadisə Səbail rayonunda baş verib.
Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib(report).