Azərbaycanlı jurnalistin Rusiyada saxlanılma görüntüləri - ONU "SINDIRMAQ" İSTƏYİRLƏR... / VİDEO

Baxış sayı:
4858

Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə REAL-a F. Abbasovun vəkili Elman Paşayev məlumat verdi. Vəkil bildirdi ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".