“AZƏRBAYCANIN DAXİLİ MƏSƏLƏLƏRİNƏ QARIŞMAYIN!” - Türkiyəli deputat AŞPA-da Ermənistana səsləndi

Baxış sayı:
3186

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç

Ermənistan nümayəndə heyətini öz problemləri ilə məşğul olmağa, Azərbaycanın daxili məsələlərinə qarışmamağa çağırıb.

Bu barədə “Report” məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə nümayəndə heyətinin rəhbəri Azərbaycandakı vəziyyətlə bağlı AŞPA-da son dinləmələri şərh edərkən deyib: "Avropa Şurası harmoniya meydanıdır. Avropa Şurası və AŞPA bizim oturub müzakirələr apardığımız bir yerdir. Biz bir-birimizə barmaq göstərməməliyik. Əgər biz buna başlasaq, hamı bir-birinə barmaq göstərəcək. Burda Azərbaycana qarşı çıxış edən Ermənistan nümayəndə heyəti bilməlidir ki, öz ölkələrində həll olunmalı problemlər çoxdur. Bunun üçün öz insan hüquqlarınızı qoruyun və öz daxili məsələlərinizlə məşğul olun".