Azərbaycanın AVRO-2020-dəki rəqibləri məlum oldu - SİYAHI / YENİLƏNİR
İrlandiyanın paytaxtı Dublində AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, Azərbaycan yığması E qrupunda yer alıb. Püşkatma Xorvatiya, Slovakiya, Macarıstan və Uels millilərini yığmamıza rəqib edib.
Digər qrupların tərkibi bu formada müəyyənləşib:
A qrupu
İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo
B qrupu
Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq
C qrupu
Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus
D qrupu
İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq
F qrupu
İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta
G qrupu
Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya
H qrupu
Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra
İ qrupu
Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San Marino
J qrupu
İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan
Lixtenşteyn
***
9:00
Bu gün bütün Avropanın diqqəti İrlandiyaya yönələcək.
Belə ki, paytaxt Dublində AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə sayca 16-cı Avropa çempionatının seçmə mərhələsinin iştirakçıları qruplara bölünəcək. UEFA-ya üzv olan 55 assosiasiyanın təmsilçiləri 10 qrupa ayrılacaq. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. 2019-cu ildə keçiriləcək seçmə oyunlarından sonra hər qrupun iki ən yaxşısı final mərhələsinə yüksələcək.
Seçmə mərhələdə mübarizə aparacaq Azərbaycan millisi də rəqiblərini tanıyacaq. Komandalar püşk ərəfəsində səbətlərə bölünüb. Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Qrupların tərkibi müəyyənləşdikdən sonra oyunların təqvimi də tərtib olunacaq. Matçlar 2019-cu ilin martından noyabrına qədər davam edəcək.
AVRO-2020-nin səbətləri
Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya
1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa
2-ci səbət: Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, Çexiya
3-cü səbət: Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail
4-cü səbət: Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya
5-ci səbət: Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları
6-cı səbət: San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta.