​Azərbaycan-Ukrayna Hökumət Komissiyasının yeni tərkibi təsdiqləndi

Baxış sayı:
5255

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
 
Muxalifət.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 129; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 3578 nömrəli Sərəncamı) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
 
“Komissiyanın sədri
 
Azərbaycan Respublikasının energetika naziri
 
Komissiyanın üzvləri:
 
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
 
Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.”.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərmək tapşırılıb.