Azərbaycan şahmat üzrə Avropa çempionu oldu

Şahmat üzrə Azərbaycan yığması Yunanıstanda keçirilən Avropa komanda çempionatının qalibi olub.
Muxalifet.az-ın məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb. Almaniyaya qalib gələn Rusiya komandası da xallarını sayını 14-ə çatdırıb.
Bununla belə, əlavə əmsalların cəminə görə Azərbaycan yığması Rusiyadan üstün olaraq turnirin qalibi adını qazanıb.