Azərbaycan millisinin üzvü Braziliya klubuna keçdi – MÜQAVİLƏ BAĞLANDI

Baxış sayı:
2331

Azərbaycan milli komandasının və "Araz" klubunun futzalçısı Karvalyo dos Santos Vilela karyerasını Braziliyada davam etdirəcək.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, "sambaçı" “Copagril” komandası ilə müqavilə bağlayıb.
Anlaşmanın müddəti bu ilin iyununa qədər nəzərdə tutulub. Karvalyo mövsümün ilk yarısını "Araz"da keçirib.  O, Yüksək Liqada 12 oyuna 7, UEFA Kubokunda isə 3 görüşdə 2 qol vurub. Braziliya əsilli futzalçı Azərbaycan millisinin üzvü kimi İranda təşkil edilmiş turnirdə 3 görüşdə 3 dəfə fərqlənib.