Azərbaycan millisinin heyətində dəyişiklik

Baxış sayı:
3733

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Muxalifet.az xəbər verir ki, "Qarabağ"dan dəvət edilən Musa Qurbanlı və Tuhid Abdullazadə zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, onların əvəzində Kamal Kazımov ("Qəbələ") toplanışa dəvət olunub.