​Azərbaycan - Kosova qarşılaşmasında ÖNƏMLİ DƏYİŞİKLİK

Baxış sayı:
2536

Fevralın 2-də futbol üzrə milli komandamızla yoldaşlıq oyunu keçirəcək Kosova yığması maçta əsas heyətilə çıxamayacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə Kosova Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.
Xəbərdə qeyd edilib ki, Kosova yığmasının heyətinə ancaq yerli çempionatda çıxış edən futbolçular dəvət alıb. Federasiya bildirib ki, bu oyun həmin futbolçuların potensialını yoxlamaq üçün əla şansdır.
Qeyd edək ki, Azərbaycan - Kosova yoldaşlıq oyunu Türkiyənin Antalya şəhərində baş tutacaq.