​“Azərbaycan erməni-rus münasibətlərindəki problemlərdən faydalanır” – ERMƏNİSTAN NARAHAT OLMAĞA BAŞLAYIB

Baxış sayı:
184

Muxalifət.az saytı  tert.am-a istinadən xəbər verir ki, Ermənistan vətəndaşları erməni-rus münasibətinin indiki səviyyəsindən razı deyillər.
"Erməni-rus münasibətlərində qeyri-müəyyənlik davam edir. Doğrudur, 1 oktyabrda prezident Putinin Ermənistana çoxdan gözlənilən səfəri baş tutdu, amma bu münasibətlərdəki etimadsızlığın azaldığı anlamına gəlmir", - deyə Ermənistan mediası yazır.
Tert.am saytı xatırladı ki, hələ ötən il baş nazir Paşinyan Putini Ermənistana dəvət etmişdi:
“Amma onun 1 oktyabrdakı viziti Avrasiya Şurasının iclasında bir-neçə saatlıq iştirak məqsədilə edildi. Əgər görüş İrəvanda yox, üzv ölkələrdən hansı birinin paytaxtında keçirilsəydi, yəqin ki, Putin bu il  Ermənistana gəlməyəcəkdi.
Baş nazir Paşinyan bu dəfə də cəmiyyətə ikili münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirməyə çalışdı, amma cəmiyyəti buna inandıra bilmir. Səfər çərçivəsində prezidentlər arasında iki qısamüddətli görüş keçirilsə də, verilən bəyannamalərdən aydın olur ki, tərəflər arasında dostluq təminatından başqa, heç bir ciddi məsələ müzakirə olunmayıb. Belə qısamüddətli görüşlərdə çətin ki, hansısa əhəmiyyətli şeylər müzakirə olunsun, yalnız təbii qaza tətbiq olunan tariflərdən başqa. Əks halda Putin İrəvana bir neçə saatlıq  gəlməzdi və özü ilə biznesmen və iş adamlarının təmsil olunduğu böyük bir nümayəndə heyəti gətirərdi.
Bundan başqa, bu günlərdə Soçidə baş tutan "Valday" klubunun iclasında Paşinyan iştirak etmədi və Azərbaycan prezidenti İlham Əliyev isə bu platformada nəinki Azərbaycanda AES-in tkintisi ilə əlaqədar  razılaşma əldə etdi, həmçinin kəskin anti-erməni bəyanatı da verdi. Tədbirdə isə cavab verəcək nümayəndə yox idi”.

Muxalifet.az