​Azərbaycan ABŞ-dan TƏLƏB ETDİ – “Qarabağa yardım etmə...”

Baxış sayı:
2239

ABŞ Konqresi gələnilki büdcədən digər ölkələrə ayrılacaq maliyyə yardımı ilə bağlı müzakirələrə başlayıb.
Muxalifet.az
publika.az-a istinadən xəbər verir ki,erməni cəmiyyətini təmsil edən qurumlar Nümayəndələr Palatasının dövlət, xarici əməliyyatlar və əlaqəli proqramlar komitəsi qarşısında məsələ ilə bağlı çıxış edib.
Bildirilib ki, Ermənistanda 2018-ci ildə qeydə alınan proseslərə görə bu ölkəyə ABŞ büdcəsindən ayrılan maliyyənin miqdarı artırılmalıdır. Erməni nümayəndə Van Krikoriyanın sözlərinə görə, 2018-ci il Ermənistan üçün əlamətdar bir il olub və bu da ABŞ siyasətində öz əksini tapmalıdır.
ABŞ-ın Azərbaycanlılar Şəbəkəsinin nümayəndəsi Sevinc Məmmədova da öz növbəsində Konqresə çağırış edib. O, çağırışında ABŞ-ın Ermənistana, yaxud Qarabağa yardım etməməsinə dair tələb irəli sürüb.