“Avroviziya”da Azərbaycanı bu qız təmsil edəcək - Lara Fabianla duet oxuyub / FOTOLAR + VİDEO

Baxış sayı:
5431

"Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı müəyyənləşib.

Muxalifet.az BakuPost-a istinaden xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində keçirilən mətbuat konfransında budəfəki təmsilçimizin Fidan Hüseynova olduğu açıqlanıb. 
F.Hüzeynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı təmsil edən ifaçı 6-cı sinif şagirdidir. Bundan əlavə o, həm də T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. 
F.Hüseynova 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku” Beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri tutub. 
O, Lara Fabianın Bakı konsertində müğənninin dəvəti ilə səhnəyə çıxaraq onunla "Je suis malade” adlı mahnını, İstanbul konsertində isə "Je t’aime” mahnısını duet şəklində ifa edib.
Bundan başqa, F. Hüseynovanın Azərbaycanın "Avroviziya” mahnı müsabiqəsindəki ilk təmsilçisi Elnur Hüseynovla dueti lentə alınıb. O həmçinin "Sanremo Junior 2018” festivalında iştirak edərək 3-cü yerə layiq görülüb. 
F. Hüseynova 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb. 
Təmsilçimizin müsabiqədə ifa edəcəyi mahnı hələlik məlum deyil.