“Avropa İttifaqı Türkiyəyə verdiyi vədlərə əməl etmədi..." - ALMANİYANIN KEÇMİŞ BAŞ NAZİRİ

Baxış sayı:
2748

Almaniyanın keçmiş baş naziri Gerhard Şröder Avropa İttifaqının Türkiyəyə verdiyi vədlərə əməl eləməməsini tənqid edərək deyib:

“Avropa İttifaqı-Türkiyə razılaşmasına qərar verildiyi zaman Brüssel Ərdoğana üzvlük müzakirələrində asanlıq və iş adamları üçün viza azadlığı məsələlərini gündəmə gətirdi, lakin Avropa İttifaqı buna riayət eləmədi. Bunun səbəbləri vardı: Türkiyədəki daxili siyasi vəziyyət və Türkiyənin Liviyadakı öhdəlikləri. Avropa İttifaqı razılaşmanın bir qismini yerinə yetirməzsə, bunun nəticələri olacağını bilməlisiniz. Türkiyə qürurlu bir ölkədir və qürurlu bir liderə sahibdir”.

Şröder “Prezident R.T.Ərdoğan qaçqın məsələsi ilə Avropanı şantaj eləyibmi?” sualının cavabında deyib:  “Şantaj deməzdim. Türkiyə dünya miqyasında ən çox qaçqına sahib olan ölkədir. Burada 4 milyon nəfərə yaxın qaçqın yaşayır”./Hurriyyet.org