“Atletiko” “Çelsi”nin futbolçusu Dieqo Kosta üçün son təklifini irəli sürdü

İspaniyanın “Atletiko” klubu İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Dieqo Kosta üçün son təklifini irəli sürüb.

“Report” “Marca”ya istinadən xəbər verir ki, madridlilər 28 yaşlı hücumçu üçün 10 milyonu bonus şəklində olmaqla 65 milyon avro ödəməyə hazırdırlar. Lakin tərəflər hələlik razılığa gələ bilmirlər. Əsas fikir ayrılığı “Çelsi” rəhbərliyinin transfer məbləğinin 5 faizini futbolçuya vermək istəməməsinə görədir. Halbuki bununla bağlı Kostanın müqaviləsində xüsusi bənd var. 2014-cü ildə 38 milyon avro qarşılığında “Atletiko”dan “Çelsi”yə keçən və bir müddətdir əsas heyətindən kənarlaşdırılan forvard hazırda Madriddə fərdi qaydada məşq edir. Qeyd edək ki, “Çelsi” və “Atletiko” Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alıb.