"Atletiko" "Barselona"ya məğlub oldu

Baxış sayı:
1756

Futbol üzrə İspaniya La Liqasında XXXI turun oyunları keçirilir.
 
Lider "Barselona" evdə ikinci pillədə qərarlaşan "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki hər iki qol oyunun sonlarına təsadüf edib. Luis Suares 85-ci, Lionel Messi isə 87-ci dəqiqədə fərqlənib. Qonaqların heyətində Dieqo Kosta 28-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub.
 
"Real Madrid" isə doğma azarkeşlər önündə "Eybar"la qarşılaşıb. Madrid təmsilçisi fasiləyə məğlub durumda yollansa da ikinci hissədə Kərim Benzemanın qolları sayəsində qələbə qazanıb - 2:1.
 
Qeyd edək ki, bu nəticələrdən sonra "Barselona" 73 xalla 1-ci, "Atletiko" 62 xalla ikinci, "Real Madrid" isə 60 xalla üçüncü pillədə qərarlaşıb.