Ateletimiz Türkiyədə öz REKORDUNU YENİLƏDİ

Baxış sayı:
9196

Yüngül atletika üzrə Azərbaycan təmsilçisi Zəkiyyə Həsənova Türkiyənin İstanbul şəhərində keçirilən “İndoor Cup” turnirində iştirak edib.
Publika.az xəbər verir ki, atletimiz 60 metr məsafəyə qaçışda 7.45 saniyəlik nəticə göstərərək 3-cü yeri tutub və bürünc medala yiyələnib.
Z.Həsənova bu nəticə ilə yanvar ayında özünün müəyyən etdiyi Azərbaycan rekordunu (7.48 saniyə) yeniləyib.