"Astananın adı Nursultan olsun" - Tokayev / YENİLƏNİB

Baxış sayı:
2182

Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib. Bu barədə yerli KİV-lər məlumat verib.

"Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır" - deyə Tokayev deyib.

Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.

"Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri - red.) dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".

*   *   *11:13

Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifələrinin icrasına başlayıb. Bu barədə RİA “Novosti” xəbər verib.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevrespublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.