​Aslan futbol üçün acdır - İbrahimoviç

Baxış sayı:
3439

PSJ-dən ayrıldıqdan sonra bura gəlməli idim, ancaq özümü hələ gənc hiss edirəm. Yaşıma görə narahat olmayın. Özümü Benjamin Batton kimi hiss edirəm. Dünyaya yaşlı gəlmişəm, gənc öləcəm.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi"yə keçidi ilə bağlı danışarkən deyib.
36 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında İngiltərəni 3 aya fəth etdiyini bildirib:
"İngiltərəyə transfer olanda ancaq yaşımı müzakirə edirdilər. Lakin mən İngiltərəni 3 ay ərzində fəth etdim".
İbrahimoviç futbol oynamağa ac olduğunu qeyd edib: "Aslan futbol üçün acdır. ABŞ-a qazanmaq üçün gəlmişəm və buna əminəm. Ot örtüyünü qoxlamaq və topa toxunmaq istəyirəm. Bunu heç bir şey dəyişməyəcək".