"Arsenal"ın hücumçusu PAOK-da

Baxış sayı:
4180

"Arsenal"n futbolçusu Çuba Akpom karyerasını Yunanıstanda davam etdirəcək.
Qol.az-ın xəbərinə görə, 22 yaşlı hücumçu PAOK-a keçib. Saloniki təmsilçisinin rəsmi saytı Akpomla 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, London klubunun yetirməsi olan britaniyalı futbolçu indiyədək müxtəlif klublarda icarə əsasında çıxış edib.