"Arakan müsəlmanlarına yardıma hazırıq" - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Myanma zülmündən qaçaraq, Banqladeşə sığınan müsəlmanlara yardım etməyə hazır olduğunu deyib.
 
Muxalifet.az xəbər verir ki, o, bununla bağlı Astanada keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammitin açılışında çıxış edərkən deyib.
O bildirib ki, Arakan müsəlmanları hazırda çox ağır şəraitdə yaşayır:
"Myanmada müsəlman qardaşlarımıza qarş qətliamlar törədilir. Onlar bu zülmdən qaçmaq üçün evlərini tərk etmək məcburiyyətində qalırlar. Banqladeşə sığınan müsəlmanlar ağır şəraitdə qalırlar. Banqladeş rəhbərliyinə bildirmək istəyirik ki, köməyə hazırıq".