Ankaradan Avropa Parlamentinin “Türkiyə qərarı”na sərt reaksiya - YENİLƏNİB

Baxış sayı:
5752

Hakim Ədalət və İnkişaf Partiyası Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin təxirə salınması haqda qərarına münasibət bildirib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, partiyanın sözçüsü Ömər Çelik bildirib ki, Türkiyə tərəfi qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir.

Ömər Çelik həmin qərarla Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.

*   *  *21:20

Avropa Birliyinə üzvlüklə bağlı Türkiyə ilə aparılan danışıqlar təxirə salınıb.

Bu barədə Avropa Parlamenti qərar qəbul edib.

Danışıqların hansı müddətə təxirə salındığı barədə məlumat verilməyib.