“Amerika Süleymanini məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki…” – POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

Baxış sayı:
3493

“İranın əfsanəvi generalı İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, Qasım Süleymaninin Bağdadda öldürülməsi bölgədə vəziyyəti gərginləşdirəcək”.
Muxalifet.az
xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahjinoğlu deyib.
Politoloq daha sonra əlavə edib:
“Amerikanın İraqda İranın dəstəklədiyi “Hizbullah”ın mövqelərini bombaladığını, ardından Amerikanın Bağdaddakı səfirliyinə hücum təşkil edildiyini diqqətə çatdıran Şahinoğlu qeyd edib ki, Vaşqinqton səfirliyə hücumun arxasında İranın dayandığını iddia edir: “Məsələ burasındadır ki, bir müddət əvvəl də İranın İraqdakı konsulluğuna hücum edilmişdi. İran da konsulluğua hücumun arxasında Amerikanın dayandığını iddia etdi. Amerika elə Süleymanini də məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki, hamıya göstərsin, elə Amerika səfirliyinə hücumun planını Bağdadda olan Süleymani planlaşdırıb. Süleymani həqiqətən İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi”.
Tehranın inqtiqam sözü verdiyini nəzərə çatdıran Şahinoğlunun fikrincə, terror və ya vəkalət savaşı başlaya bilər: “Bu, nə deməkdir? İranın Amerikaya birbaşa əli çatmır. Ancaq Tehran İraqda, Livanda və ya hansısa digər ərəb ölkəsində tərəfdarları vasitəsilə Amerikanın məntəqəsinə hücum təşkil edə bilər”.
Qasim Süleymaninin İran üçün böyük fiqur olduğunu bildirən Şahinoğlunun sözlərinə görə, o birbaşa İranın dini liderinə bağlı general olub: “Hətta deyilirdi ki, Süleymani hərbi mundirini nə zamansa siyasətçi qiyafəsinə dəyişsə, asanlıqla İranın prezidenti seçilə bilərdi. Belə bir firuqurun öldürülməsini Tehran cavabsız qoymayacaq. Ancaq mümkün cavabı da Amerika cavabsız qoymayacaq və beləcə bölgədə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil. Amerika Süleymanini öldürməklə, Tehrana mesaj yolladı ki, İraqda və Suriyada hərbi birləşmələriniz hədəfimizdədir. Növbəti gedişi İran edəcək”.
Azərbaycanda təhlükəsizilik tədbirlərini gücləndirməyə ehtiyac olduğunu vurğulayan E. Şahinoğlu bildirib ki, bizim həm İranla, həm də Amerika ilə yaxşı münasibətlərimiz var: “Ancaq əgər bu iki ölkə bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıblarsa, bu ətrafa da sıçraya bilər. Böyük ehtimalla Amerikanın İranla qonşu ölkələrdəki bütün səfirlikləri gücləndirilmiş iş rejiminə keçiblər”.

Muxalifet.az