​Almaniya millisində növbəti itki: yığmamızla oyunu buraxacaq

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib. 
Muxalifet.az xəbər verir ki,Toni Kross  sıradan çıxıb.
"Real"ın yarımüdafiəçisi ötən gün Şimali İraldniya ilə keçirilən oyunda zədələnib. 
Almaniya Futbol İttifaqdə 27 yaşlı futbolçunun qabırğasında ağrı olduğunu açıqlayıb. Həkimlər ona ona millimizlə oyunda iştirak etməyə icazə verməyiblər. 
Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer və müdafiəçi Benedik Hövedes də zədə səbəbindən yığmamızla oktyabrın 8-də keçiriləcək görüşü buraxacaq.