Almaniya kansleri qaçqın axınından narahatdır

Baxış sayı:
1822

Almaniya kansleri Angela Merkel suriyalı qaçqınların Avropaya axını barədə açıqlama verib.
 
Müxalifet.az-ın məlumatına görə, o bildirib ki, qaçqın axınının qarşısını almaq üçün İdlibdə atəşkəsin tətbiq edilməsi və Suriyada təhlükəsizlik bölgəsinin yaradılması vacibdir.
“Türkiyənin Suriya ilə bağlı problemlərinin olduğunu qəbul edirəm” - deyən Merkel bəyan edib ki, Ankaranın qaçqınların Avropaya keçməsinə şərait yaratması qəbuledilməzdir. Merkel Türkiyəni problemi dialoq yoluyla həll etməyə çağırıb.