​Ağaoğlu "Trabzonspor"un prezidenti seçildi

Baxış sayı:
2320

Türkiyə nəhəngi "Trabzonspor" klubunun yeni prezidenti bəlli olub.
Muxalifet.az xəbər verir ki, 1690 üzvün iştirak etdiyi səsvermədən sonra iş adamı Əhməd Ağaoğlu klubun yeni prezidenti seçilib.
Əhməd Ağaoğlu etibarlı sayılan 1559 səsin 1329-nu, digər namizəd Mətin Qaya 211-ni toplayıb. Ləvənd Sekban isə cəmi 19 səs yığa bilib.