Abxaziyadakı "maydan" hadisələrinə kim dirjorluq edir... - Abxaz hakimiyyətində erməni leqallaşmasına doğru daha bir addım / DETALLAR

Baxış sayı:
2398

Separatçı Abxaziya Ali Məhkəməsi təkrar prezident seçkilərinin keçirilməsinə qərar verdi. Eyni zamanda, Rusiya mediasında və sosial şəbəkələrdə abxazları etnik qrup kimi birdəfəlik "gözdən salmaq" üçün kampaniya geniş vüsət alır.
Aydındır ki, separatçı Abxaziyanın Rusiya Federasiyasından külli miqdarda pul almasının əsl səbəbi - talançı psixologiyası haqqında bir kəlimə də deyilmir.
Yerli əhali olan Abxaziya gürcülərinin əksəriyyətinin qovulduğu, evlərinin, mənzillərinin qatillər və talançılar tərəfindən mənimsənildiyi bir mühitdə normal cəmiyyət qurmağın mümkün olmadığı da danışılmır. Talançılar arasında həm abxazlar, həm də ermənilər var.
Diqqəti başqa məqama yönəldir. Abxazların bir xalq olaraq, dövlət idarəçiliyinə qadir olmadığı iddia olunur ki, bu da tarixən təkzib olunur. Həqiqətən, abxazlar hələ rus dövləti haqqında heç kimin eşitmədiyi dövrdə dövlətçiliyə sahib idi. Lakin bu abxazların min illər boyu ayrılmaz yaşadığı qardaş Gürcüstan xalqı ilə ortaq dövlətçilik idi.
Bunula belə, abxazların idarəçiliyə qadir olmadına, hətta Suxumi separatçılarının “çoxdankı dostu”, rusiyalı deputat, Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsinin üzvü Konstantin Zatulin də açıq şəkildə işarə edir. Məlum olduğu kimi, Zatulin erməni millətçilərinin ən yaxşı dostudur və abxazların "dövlət işlərinin öhdəsindən gələ bilmədikləri" barədə son açıqlamaları heç də təsadüfi deyil. Dərhal sual yaranır - "Bəs kim bu işləri bacarır"?
Cavabı məlumdur - "əzabkeş" olmalarına baxmayaraq, Abxaziyada artıq çoxluq təşkil edən və abxazların özlərini belə sayca üstləyən, daha böyük olan "qədim, mədəni və səbirli" erməni xalqı. İş burasındadır ki, bu erməni yaşayış məntəqəsinin Abxaziyada cəmi 140 il əvvəl (bu yaxınlarda ildönümünü qeyd etdi) peyda olmasına baxmayaraq, 1992-ci ilə qədər orada yaşayanların sayı yalnız 16%  idi.

Həqiqətən, Abxaziyadakı ermənilərin "dominant statusa çatma sürəti", hətta ermənilərin yeni gəldikləri İrəvan xanlığı və Qarabağ ərazilərində “yerli xalq olma” sürəti ilə müqayisədə rekord həddə çatır.
Budur, NSN-nin efirində Konstantin Zatulinlə müsahibədən "əhəmiyyətli" bir sitat(https://nsn.fm/policy/konstantin-zatulin-abhazskaya-politicheskaya-elita... ):
"Bizim bütün narahatlığımız təbiidir. Rusiyanın Abxaziyanın təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün öhdəlik götürməsi, hərbi-siyasi, müttəfiq Abxaziya ilə ittifaqda olması. Bu səbəbdən də qoşunlarımız oradadır. Əlbətdə ki, Abxaziyanın necə inkişaf edəcəyinə, bu inkişafın münaqişəli olub-olmayacağına biganə deyilik ...
Erkən seçki bir fürsət, bir vasitədir, ancaq bir panatseya deyil. Abxaziyanın siyasi təbəqəsi təəssüf ki, bu gün açıq şəkildə respublikanın üzləşdiyi problem səviyyəsilə ayaqlaşa bilmir. Uzun illər əvvəl həll edilməli olan problemlər həll edilmir: iqtisadiyyatda, mədəniyyətdə və sosial sahədə ... Rusiyanın köməyinə və dəstəyinə baxmayaraq. Bu, münaqişənin ən dərin səbəbidir, indi təbii ki, başqa səbəblər də var: Abxaz siyasi elitası hökuməti idarə etmir və bu ziddiyyətlərin münaqişə formatında həlli baş vermir ”.
İşarə aydındır. Rus qoşunları Abxaziyadadır və əslində hər şeyi onlar həll edəcəklər. Lakin işğal altındakı ərazilərdəki seçkilər az əhəmiyyət kəsb edir və bunu Zatulin (böyük "demokrat") mətndə açıqca söyləyir. Çünki, seçkilər əvvəlcədən "idarəçiliyi bacarmayan" abxazların iştirakını nəzərdə tutur.

Belə çıxır ki, abxazlar, Zatulinin də açıq dediyi kimi, separatçılar "dövlətlərinin" öhdəsindən gələ bilmirlər, onu idarə edə bilmirlər. Rus işğalçı qüvvələri hətta Abxaziyadakı rəsmi hakimiyyəti abxazlardan əlindən almalı və onu "dövlət idarə etməyə" qadir olanlara verməlidirlər. Tarix barədə nağıllarına qulaq assaq, ermənilərin "qədim dövlətlər" olub.
Eyni zamanda, Abxaziyadakı erməni millətçiləri, abxazların ərazinin bütün separatçı hakimiyyət institutlarını tam iflic vəziyyətinə salmasını və nəticədə hakimiyyətin ən mütəşəkkil, təşkilatlanmış və motivasiyası yüksək olan ermənilərin əllərinə keçəcəyini gözləyirlər. Həqiqətən, erməni millətçiləri haqlı olaraq Gürcüstan Abxaziyasını ən dəyərli “qənimət” hesab edirlər. Bu ərazinin sahibliyini "qanuniləşdirmək" üçün, prinsipcə, rəsmi olaraq sülh və barışıq çağırışlarına baxmayaraq, xaos mühiti ermənilər üçün hətta faydalıdır ".
İndi Abxaziyadakı erməni icmasının rəhbərləri iğtişaşlarda "iştirakçı olmadıqlaını" və "konstruktivliklərini" xüsusi olaraq vurğulayırlar ". Abxaziya Erməni Birliyinin rəhbəri: bizim icma Suxumidə keçirilən aksiyalarda iştirak etmir"- Abxaziya Ermənilər Birliyinin rəhbəri Xaçik Minasyan (https://news.am/eng/news/553785) NEWS.am müxbirinə verdiyi müsahibədə dedi.
Minasyanın sözlərinə görə, paytaxtda yaşanan gərginlik erməni icmasına heç bir təhlükəli təsir göstərə bilməz.

“Əlbəttə, bu aksiyalarda ayrı-ayrı ermənilər iştirak edir, lakin cəmiyyətin özü bu işlərdə iştirak etmir. Bu proseslərə qarışmırıq. Bu vəziyyətdə bir mövqenin olması sadəcə mümkün deyil. Biz məsələlərin sülh yolu ilə həllinə çağırırıq, amma onlar bizim səsimizi dinləyəcəklər? ”, Minasyan qeyd edib.
Ümumiyyətlə, Abxaz ermənilərinin maydan proseslərinə “cəlb olunmaması” görüntüsü indi onlara sərf edir. Prinsipcə, hər hansı istənilən ssenaridən faydalanırlar.
Yeni bir kukla seçəcəklər və o yalnız ermənilərə güvənməyə məcbur olacaq. Birbaşa işğalçı idarəetmə qaydası tətbiq ediləcək, ermənilər bu vəziyyətdə daha sürətli şəkildə Abxaziyanın tam ağaları olacaqlar.
Şübhəsiz ki, abxaz vətənpərvərlərinin qələbəsi olmayacaq. Abxaziyanın işğaldan azad olunmayınca və gürcü xalqı ilə qardaşlıq münasibətləri bərpa edilmədikcə, prinsipcə, nə qədər “maydan” olursa-olsun abxazlar qalib olmayacaq. Və qüvvələr tamamilə qeyri-bərabərdir. Abxaziyalılar işğalçı qüvvələrə və “dişlərinə qədər” silahlanmış erməni millətçilərinə qarşı sadəcə gücsüzdürlər. Üstəlik, 1992-1993-cü illərdə abxazların, eləcə də Abxaziya gürcülərinin başı üzərində, onların torpaqlarına göz dikənlər tərəfindən soyqırım və etnik təmizlənmə təhlükəsi var.
"kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az