ABŞ və Rusiya Türkiyənin "qırmızı xəttini" keçirmi: TÜRKİYƏYƏ İKİTƏRƏFLİ XƏYANƏT - Detallar

Baxış sayı:
4063

Preizdent Ərdoğanın ABŞ-a səfərindən bir-neçə həftə öncə Respublikaçılar və Demokratlar partiyasından ABŞ Dövlət Departamentinə terrorçu YPG-nin başçısı Mazlum Kobani kimi tanınan Fərhad Abdi Şahinə vzia verilməsinin tezləşdirilməsi tələbi ilə məktub göndərildi.
Ərdoğanın ABŞ-a səfərindən sonra “erməni genosidi” qərarının Senatda baxılmasını bloklayan Lindsey Grahamın da imza atdığı məktubda deyilirdi ki, Konqressdə Şahinin özündən baş verənləri dinləmək daha faydalı olardı.
Bundan başqa, Tramp “Sülh mənbəyi” əməliyyatının gedişində atdığı tvitlərdə belə yazırdı:”Cəsarətininzə və sözlərinizə görə təşəkkür edirəm general Mazlum. Kürd xalqına salamlarımı yetirin”, deyə onu Ağ Evə dəvət etmişdi. Yalnız ABŞ deyil, Rusiya da Şahini legitiimlşdirmək cəhdləri edir. Şahin uzun illər Türkiyənin axtarışda olan şəxslər siyahısında olub və ədliyyə nazirliyi ABŞ Dövlət Departamentinə bu şəxs ABŞ-a gələrsə onu tutub Türkiyəyə təhvil verməyi tələbnaməsi göndərmişdi.
YPG-nin isə həm ABŞ. Həm Rusiya tərəfindən legitimləşdirilməsi təhlükəlidir. Bu PKK-nın qanuni tanınması prosesinə apara bilər. Buna görə, ABŞ və Rusiyaya dayanmadan təkrarlamaq lazımdır ki, “qırmızı xəttin keçilməsi münasibətlərin qırılması ilə nəticələnə bilər”. ABŞ sahibkarlıq institutunun elmi işçisi Michael Rubin - FETÖ-nün ən səs-küylü müdafiəçilərindən biri bu yaxınlarda “Biz KFP-nın təkamülünü qəbul etməliyik” başlıqlı məqalə ilə çıxış etmişdi. Əgər YPG başçısının Ağ Evə qəbulu reallaşarsa, türk-amerika münasibətləri çox aşağı səviyyəyə enəcək.
"inosmi.ru"
Muxalifet.az