ABŞ terrorçulara raketlər verir: 3 ölkə təhlükə altında

Baxış sayı:
13468

ABŞ PKK terror təşkilatına raket verməyə hazırlaşır. Türkiyə ilə S-400 məsələsində gərginlik yaşayan Amerikan rəhbərliyi Suriyanın şimal və şərqində işğal xəttində olan terrorçulara "Stinger" zenit raketləri göndərməyə hazırlaşır.
 
Terror təşkilatı mənsublarına Rimeylan, Şəddad, Çələbiyə və El Omar bölgələrində raketlərin yerləşdirmə nöqtələrini müəyyən etmə təlimatı verilib. Yerli mənbələrdən əldə edilən məlumatlara görə, PKK terror təşkilatı 30 terrorçusu Stinger zenit raketlərinin istifadəsi mövzusunda xüsusi təlimdən keçirilib. PKK yaraqlılarına raketlərin təslim olunması üçün bir dəstək də İsraildən gəlib.
 
3 ölkə təhlükədə
 
PKK və İsrail rəhbərliyi arasında keçirilən görüşlərdə, Deyr əl Zor və Rakka bölgələrində yerləşdirilmək üçün İsrailin Spike növü zenit raketlərinin veriləcəyi təəhhüdündə olduğu bildirilib. PKK üçün Türkiyə və İraq sərhəd xətti ilə Rakka bölgəsində yerləşdiriləcək inkişaf etmiş raketlər Türkiyə, İraq və Suriya hava gücü üçün böyük təhdid ünsürü xarakteri daşıyır. Yerli mənbə ABŞ-PKK ittifaqının raket atıcılarının yerləşdirilməsi ilə əlaqədar xüsusi bir strategiya tətbiq etdiyini bildirib.
 
Sonrakı addım Sincaq
 
Şimalda Türk təyyarələri, Şeddadidə İraq və Rakka, Deyr əl Zor bölgələrinə yerləşdiriləcək raketlərlə Suriya döyüş ünsürlərinin “by pass” edilməsinin planlaşdırıldığını qeyd edən mənbə, bu vəziyyətin bütün bölgə dinamiklərinə radikal bir şəkildə təsir edəcəyini deyib. Terror təşkilatına çox sayda Manpads və Tow növü anti tank və zenit raketləri verən ABŞ-ın bir sonrakı addımı Sincarda olan terror ünsürlərinə "Stinger" vermək olacağı bildirilib.

Müxalifət.az