ABŞ səfiri Putinə: Müharibəni Hitler və Stalin başladıblar, bu faktdır

Baxış sayı:
1630

ABŞ-ın Polşadakı səfiri həmin ölkəni Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dilə gətirdiyi ittihamlardan müdafiə edib. Belə ki, Putin bir neçə dəfə İkinci Dünya Müharibəsinin başlamasına görə Polşanı günahlandırıb.
Muxalifet.az 
bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir.

 

Dear President Putin, Hitler and Stalin colluded to start WWII. That is a fact. Poland was a victim of this horrible conflict.

 
“Əziz prezident Putin. Hitler və Stalin əlbir olaraq II Dünya Müharibəsini başladıb. Bu, faktdır. Polşa həmin dəhşətli konfliktin qurbanı olub”, Səfir Georgette Mosbacher Tvitterdə həm ingiliscə, həm də polyak dilində yazıb.
II Dünya Müharibəsi 1939-cu il, 1 sentyabrda Hitler Almaniyasının Polşaya soxulması ilə başlayıb. İki həftə sonra İosif Stalinin göstərişi ilə sovet qoşunları şərqdən Polşanı zəbt edərək bu ölkənin geniş ərazilərini ələ keçiriblər.
Polşanın parçalanması nasist və sovet rejimləri arasında imzalanmış paktın gizli protokolu əsasında həyata keçirilmişdi. Molotov Ribbentrop paktının ictimaiyyətdən gizlədilən müddəası Polşanın və Baltikyanı dövlətlərin iki totalitar təcavüzkar dövlət arasında bölüşdürülməsini nəzərdə tuturdu.

İosif Stalinin imzalanma mərasiminə şəxsən qatıldığı Molotov-Ribbentrop Paktı Nasist Almaniyası və SSRİ arasında sülh münasibətlərini təsdiq edir, qonşu dövlətlərin iki ölkə arasında bölüşdürülməsini nəzərdə tuturdu. 23 avqust, 1939. Bir həftə sonra almanlar sovetlərlə əldə edilmiş gizli razılıq əsasında Polşaya hücum etdilər.
Muxalifet.az