ABŞ ordusunun Venesuelaya hərbi müdaxilə planı hazırdır

Baxış sayı:
3949

ABŞ Müdafiə nazirinin vəkili Şanahan Venesueladakı çevriliş cəhdi haqqında, "Gözlənilməz bir vəziyyətin ortaya çıxa biləcəyi bir ssenari və vəziyyət olmaması üçün təfsilatlı plan hazırladıq", - deyib.

Şanahan Venesueladakı vəziyyəti yaxından izlədiklərini və ölkədəki vəziyyətin olduqca dəyişkən olduğuna diqqət çəkərək "Venesuelada Kubalılar, Ruslar var və başqa ölçülər də var. Hər şey mediada və ya digər kanallarda aydın görünmür. Bu bizim nəzarət etdiyimiz bir təqvim deyil. Ortaya çıxa biləcək bir vəziyyətdə üstünlük təmin etmək üçün taktikamızı dəyişdirə və müəyyən dərəcədə cavab verə biləcək vəziyyətdəyik. Gözlənilməz bir vəziyyətin ortaya çıxa biləcəyi bir ssenari və vəziyyət olmaması üçün təfsilatlı plan hazırladıq", - deyə söyləyib.

Müxalifət.az