ABŞ niyə Türkiyəni təhdid etdi? – RUSİYADAN AÇIQLAMA

Baxış sayı:
7141

ABŞ Suriyadan çıxır, amma bununla bərabər, müttəfiqləri və iqtisadi sanksiyalar vasitəsilə situasiyaya nəzarət etməyə çalışır.
 
Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib.
“ABŞ-ın Türkiyəni təhdidi əslində onu deməyə əsas verir ki, Amerika Suriyadan getmədən buradan çıxmağa cəhd edir. Kürdlər vacib müttəfiqdirlər və onlara ABŞ-ın öz taleləri və ya konkret olaraq Türkiyə ilə baş-başa buraxmayacaqlarına dair siqnal lazımdır. Tramp kürdləri də Türkiyə, Rusiya, İran və ya Suriyanı provokasiyaya cəlb etməməyə çağırdı. Bununla da göstərdi ki, ABŞ şərtsiz dəstək vermir. ABŞ liderinin mesajı həmçinin ölkə daxilinə yönəlmişdi. Belə ki, Suriyadan qoşunların çıxarılmasıyla bağlı dekabr bəyanatı Vaşinqton və Yaxın Şərqdə çoxlarını narahat etməyə başlayıb. Onlar hələ də Trampdan nə gözlədiklərini anlamırlar. Digər tərəfdən, ABŞ artıq “Ərəb NATO-su” adlanan birlik qurulur və Qətərlə Udeyd bazasının şəxsi heyətinin genişləndirilməsi barədə razılaşma imzalayıb. Buradan ABŞ-ın Yaxın Şərqdən heç yerə getməyəcəyi görünür. Digər tərəfdən, Türkiyənin ünvanına yönələn mesaj göstərir ki, Vaşinqton gələcəkdə də situasiyanı nəzarətin saxlamağa çalışır və bütün iqtisadi sanksiyalar dəyənəyi ilə amerikalıların həqiqətən bölgədən getdiyini düşünən hər kəsi təhdid edir”, – deyə o bildirib.