"ABŞ müharibə variantını gündəmdən çıxarmaq istəyir" - POLİTOLOQ VAŞİNQTON GÖRÜŞÜNƏ QARŞIDIR

Baxış sayı:
4180

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün Moskvada keçirilməsindən sonra növbəti görüşün Vaşinqtonda keçirilməsi məsələsi ABŞ-ın hikkəsindən irəli gəlir. ABŞ da bu məsələdə öz siyasi iradəsini ortaya qoymaq istəyir”.
 
Muxalifet.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
 
Ekspertin fikrincə, görüşün Vaşinqtona təyin edilməsi məsələsi ətrafında gedən müzakirə vaxtı uztmaqdan başqa heç nəyə xidmət etmir:
 
“Nə Fransa, nə ABŞ, nə də Rusiya Qarabağ münaqişəsini həll etməkdə maraqlı deyil. Ümumiyyətlə heç vaxt maraqlı olmayıblar. Qarabağ məsələsi iki dövlət arasında bölünməyən almaya çevrilib. Buna görə də, nə qədər onların marağında deyil, Qarabağ məsələsi həll olunmayacaq. Vaşinqton görüşü də, masa üzərində qalan növbəti danışıqdan başqa heç nə olmayacaq. Ortada yeni heç nə görmürəm. Danışıqlar uzandıqca, bunun heç bir xeyri olmayacaq.
 
Vasitəçilər müharibə variantını gündəmdən çıxarmaq üçün belə yollara əl atırlar. Buna görə də, Vaşinqton görüşü heç nə vəd etmir. Çünki ABŞ-ın indi dünyada yürütdüyü siyasət zorba siyasətidir. “Mən nə istəyirəm, onu edirəm” prinsipi ilə uzaqgörən və perspektivliyi siyasətlə məşğul olmaq istəmir. Amma buna imkanı var. Buna görə də, arxayın olmayaq ki. Bu hadisələr bizə nəsə verəcək, heç nə verməyəcək”.
 
Cümşüd Nuriyevin sözlərinə görə, belə bir situasiyada da, Azərbaycan o halda istədiyi addımı ata bilər ki, gərək ATƏT-in Minsk qrupundan imtina edək:
 
“Bunu da Milli Məclis etməlidir. Milli Məclis bəyanat verməlidir, çıxış etməlidir, bunun üçün böyük tribunası və imkanları var. Xarici İşlər Nazirliyi də fəallaşmalıdır. Xarici işlər naziri, onun müavinləri çıxış etməlidir, bəyanat verməlidir, Azərbaycanın haqq işini gündəmə gətirməlidir.
 
Elə bil Azərbaycan Qarabağ məsələsində gözləmə mövqeyi tutub, nəyi gözləyiriksə bunu bilmirəm. Ermənilərin nə iqtisadi, nə də hərbi qüdrəti var, amma dil-dil ötürlər. Biz buna qarşı öz gücümüzü ortaya qoymalıyıq, buna böyük imkanımız da var. Siyasi partiyalar, ayrı-ayrı dövlət qurumları fəallaşmalıdır, iş görməlidir. Siyasi partiyaların məqsədi hakimiyyət davası, QHT-lərin işi isə onun-bunun qeybətini etməkdir. Məsələyə real tərəflərdən baxmalıyıq”.