ABŞ-ın keçmiş müdafiə nazirindən ŞOK ETİRAF: "2 min amerikan əsgəri ilə..."

Baxış sayı:
11797

ABŞ-ın keçmiş müdafiə naziri Çuck Hagel, “Amerika Defenseone” qəzetinə verdiyi açıqlamada, ABŞ rəhbərliyinin son zamanlar İranın Suriyadakı hərbi varlığını bitirməyə yönəlmiş çıxışlarını tənqid edib.
 
ABŞ-ın Suriyanın yarısına belə nəzarət etmədiyini qeyd edən Hagel, "Şimal-şərq küncündə 2 min əsgəriniz var. 2 min Amerikan əsgəri ilə İranlıları Suriyadan çıxara bilməzsiniz. Suriyalıları, Rusları və ya İranlıları hər hansı bir şeylə təhdid edəcəyinizi söyləmək tam bir axmaqlıqdır. Onların əlində bizdən daha çox kart var" deyə söyləyib.
 
BOLTONA BOL ŞANS İSTƏYİB
 
Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun, İranın Suriyadakı hərbi varlığını davam etdirdiyi müddətcə ABŞ-ın regiondan getməyəcəyinə dair ifadələrinə də toxunan Hagel, bunları qeyd edib:
“İranlılar orada yaşayır. ABŞ Yaxın Şərqdə deyil. Bu geosiyasi gerçəyi yox edəcəksinizsə, bol şanslar cənab Bolton. Bundan başqa yolu yoxdur. Bu ölkələrin ortaq maraqlarına əsaslanan bir çarə tapacaqsınız".
ABŞ-ın İran, Rusiya və bölgədəki digər güclü aktyorlar olmadan Suriyada sabitlik yarada bilməyəcəyini bildirən Hagel, "İrana qarşı ağırlığınızı necə qoyacaqsınız? Bəzi ölkələrdən “Patriot”ları çəkərək və bu sahələrə heç diqqət etmədən “yalnız sizə sanksiya tətbiq edəcəyik” tərzi ilə zorakılıq edərəkmı" deyə, qeyd edib.

Müxalifət.az