​ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı – NÜVƏ MƏSƏLƏSİ…

Baxış sayı:
9910

ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması, "beynəlxalq terrorçuluğa dəstək" və insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatın mətni bazar ertəsi Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.
Mətndə qeyd olunur ki, söhbət İranın nüvə proqramı haqqında sazişin həyata keçirilməsindən sonra Tehranın üzərindən götürülən sanksiyalardan getmir.