ABŞ İncirlikdəki atom bombalarını daşıdımı? - SENSASİON AÇIQLAMA

Baxış sayı:
13690

Moskvada fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyi Ölkələri İnstitutunun direktor müavini və Şanxay İş Birliyi Təşkilatı İnkişafı bölməsinin sədri Vladimir Yevseyev Türkiyənin S-400 hava müdafiə sistemi alışı üzündən ABŞ-ın İncirlikdəki nüvə başlıqlarını bir müddət əvvəl Rumıniyaya daşıdığını söyləyib.
 
Təqaüddə olan hava pilotu general Beyazıt Karataş İncirlik Bazasında 50 nüvə bombası olduğunu və ABŞ-ın heç bir yerə bomba daşımaq niyyətinin olmadığını söyləyib. Karataş "ABŞ-ın etməyə çalışdığı şey həm Türkiyənin S-400 qəbuluna mane olmaq, həm F-35 satmamaq, həm də İncirlikdə bu bombaları tutmağa davam etməkdir. Əgər bu bombalar Rumıniyaya daşınıbsa, o zaman Rumıniyadan belə bir bomba atmaq üçün ən az 1-1,5 saatlıq bir zaman itkisi olardı. Amerika isə bunu qəbul etmir”, - deyib.
 
"ADANA MƏHV OLAR"
 
Türkiyənin çox yüksək dağıdıcı gücünə sahib nüvə bombaları saxlamasının ölkə baxımından təhdid xüsusiyyətində olduğuna diqqət çəkən Karataş bu qiymətləndirməni edib: “İncirlikdəki 50 ədəd təyyarələrdən atıla bilən nüvə bombası var. B61-12, B613 və ya B61-4 bombalar dəyişdirildi. Yüksək temperaturlu termonüvə bombası kimi qiymətləndirdiyimiz bu bombalar Hiroşimaya atılan bombaların dağıdıcı gücündən ən az dörd dəfə çoxdur. Bu bombaların yaratdığı zəlzələ təsiri var. Ona görə də bu, ölkəmiz üçün əhəmiyyətli təhlükələrdir. Müasir təyyarələrdən atıla biləcək bu bombaların dağıdıcı qüvvələri ehtiyaca görə çox fərqli ola bilər. İncirlikdə olan bütün bombalar ABŞ-ın təyyarələri tərəfindən istifadə edilə bilər. Türk təyyarələrinə yüklənə biləcəkləri doğru deyil. Nüvə bombaların Türkiyədən çıxarılması Türkiyə baxımından son dərəcə müsbət bir inkişaf olacaq. ABŞ İrana qarşı İsraili müdafiə etmək üçün saxladığı nüvə silahlarını harasa daşımağı planlaşdırmır. Bomba istifadə edildikdə, İncirlik bir nüvə hücumu ilə üz-üzə qala bilər. Bu halda Adana yox olar və Seyhan çayındakı su da buxarlanır. Yunanlar bombaların daşınması gündəmə gələndə “biz nüvə bombası istəmirik” deyə etiraz aksiyası keçirdilər. Rumıniya isə deyilən iddiaları təkzib etdi. Biz də ABŞ-ın nüvə bombalarını yerləşdiririk və bizi yenə də yerdən yerə vururlar. ABŞ nüvə bombalarını daşısa çox gözəl olar”.
Müxalifət.az