ABŞ hərbi bazalarını sərhədimizə yerləşdirir

Baxış sayı:
874

ABŞ-ın hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı qərarlar Gürcüstanın milli maraqları nəzərə alınmaqla qəbul ediləcək.
 
Muxalifet.az trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.
 
Baş nazir qeyd edib: "Mən tam məsuliyyətlə bildirmək istəyirəm ki, bizim NATO, Avropa Birliyi, strateji tərəfdaşımız olan ABŞ ilə münasibətlərimiz bu cür yüksək səviyyədə heç vaxt olmayıb və bu, böyük uğurdur. Bu uğuru daha da dərinləşdirmək niyyətindəyik".
 
O əlavə edib ki, buna əsaslanaraq ölkənin maraqlarına aid olan qərarlar qəbul ediləcək.
 
Onun sözlərinə görə, uzun müddətdir ki, Gürcüstan tərəfi tərəfdaşlarına Qara dənizin təhlükəsizliyi olmadan qlobal təhlükəsizliyə dair heç bir müzakirə aparılmayacağını bildirməyə çalışırdı.